NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində ölkə iqtisadiyyatının inkişafını “əsaslandıran” yeni məlumatlar təqdim edib.
Maraqlıdır ki, Paşinyan artımdan danışarkən yalnız verilmiş kreditlərin statistikasına əsaslanıb, ümumi konteksti isə bir kənara qoyub. “Dam-dum inqilab” baş verən vaxtdan fiziki şəxslərə verilən kreditlərin 10,4 faiz, hüquqi şəxslərə isə 4,3 faiz artması ona aşağıdakı bəyanatla çıxış etməyə əsas verib: "Biz iqtisadi yüksəliş üçün sürət götürürük".
Bax burada aralanmaq lazım gələcək, çünki görünməmiş bir yüksəliş olacaq!