Türkiyənin Avtomobil Müəssisələri Qrupuna (TOGG) ölkənin Bursa şəhərinin Gemlik rayonunda avtomobil zavodu inşası üçün tələb olunan ətraf mühitə təsirin qiymətləndirilməsi icazəsi verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə TOGG-dan bildirilib. İllik istehsal gücü 175 min avtomobil olacaq zavodda hamısı elektriklə işləyən olmaqla 5 fərqli model istehsal ediləcək.