İranın İraq ilə sərhədində yerləşən Elam vilayətində 5 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi Tehran Seysmoloji Mərkəzin məlumatına istinadən xəbər verir ki, episentri yerin 11 kilometr dərinliyində olan zəlzələ qonşu vilayətlərin şəhərində də hiss olunub. İnsanlar təşvişə düşərək küçələrə çıxıblar.
Zəlzələ zamanı yaralanan və ölənlər, eləcə də dağıntılar barəsində hələlik məlumat verilmir.