Ermənistanda koronavirusa yoluxanların sayı 12 minə çatır

A- A A+

Son sutka ərzində Ermənistanda daha 596 nəfərdə koronavirus aşkarlanıb. Daha 7 nəfər isə bu virusdan dünyasını dəyişib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumatda bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 11 min 817 nəfərə çatıb.

Bu virusdan ölənlərin sayı isə 183 nəfərdir.

Bildirilir ki, hazırda Ermənistanda 8052 aktiv koronavirus xəstəsi var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: