Türkiyənin Malatya vilayətinin Pötürge rayonunda Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar iyunun 5-də yerli vaxtla saat 21:06-da qeydə alınıb. Zəlzələ ətrafdakı üç vilayətdə hiss olunub. Əhali arasında böyük təşviş yaranıb.
Hələlik yeraltı təkanın təsiri barədə məlumat yoxdur.