Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, telefon danışığında ikitərəfli münasibətlər, eləcə də, Liviyadakı böhran başda olmaqla regional məsələlər müzakirə olunub. Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-da baş verən iğtişaşların arxasında dayanan qüvvələrin Suriyanın şimalında fəaliyyət göstərən PKK/PYD-YPG terror təşkilatları ilə əməkdaşlıq içində olması barədə eşitdiklərindən narahatlığını ABŞ-lı həmkarı ilə paylaşıb.
Vurğulanır ki, liderlər Türkiyənin dəniz qonşusu Liviyada sülh və sabitliyə nail olmaq üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.