Bir sıra ölkələrdə “Google” və “YouTube” saytlarının işində qüsurlar qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ən çox qüsur ABŞ-da müşahidə olunub.
“Google” istifadəçilərinin təxminən 67 faizi axtarışlarla bağlı problemin olduğunu, 32 faizi öz hesablarına daxil ola bilmədiklərini deyib.
“YouTube” istifadəçilərinin 62 faizi videoya baxarkən çətinlik çəkdiyindən, 32 faizdən çoxu saytın yaxşı işləmədiyindən, 5 faizi isə hesaba daxil ola bilməməkdən şikayət edib.