Honq Konq əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhər hesab olunub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ABŞ-ın “Mercer” konsaltinq şirkətinin reytinqində deyilir.
Honq Konq keçən il də bu reytinqə rəhbərlik edib.
Əcnəbilər üçün ikinci ən bahalı şəhər adını Aşqabad qazanıb. Bu şəhər ötənilki mövqeyindən 5 pillə yüksəlib. Üçüncü yerdə bir pillə geriləmiş Tokio qərarlaşıb. İlk beşliyi Sürix və Sinqapur tamamlayıb.
Bundan başqa, əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlərin ilk onluğunda Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin yer alıb.