İranın Fars vilayətində 5,7 gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi Tehran Universitetinin Seysmoloji Mərkəzinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, zəlzələ Fars vilayətinin Bayram şəhəri yaxınlığında yerin 10 kilometr dərinliyində olub. Şiraz şəhərinin zəlzələnin episentrindən 239 kilometr uzaqlıqda olmasına baxmayaraq burada da hiss edilib.
Hadisə yerinə təcili yardım maşınları və xilasedicilər yollanıb. Ölən yaralanan və dağıntılar barəsində hələlik məlumat verilmir.
Zəlzələ yerli vaxt ilə iyunun 9-da saat 22:00 radələrində baş verib.