"İnstagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ABŞ, Braziliya, Hindistan, Rusiya və Avropanın bir sıra ölkələrindən istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər edib.
Qeyd olunur ki, istifadəçilərin 53 faizi xəbər lentinin açılmasında, 31 faizi səhifələrinə daxil olmaqda, 15 faizi isə "storiz" funksiyasının işində çətinlik çəkdiklərini bildiriblər.
Bununla bağlı "İnstagram" rəsmi açıqlama verməyib.