İtaliyalı virusoloq, Milanın Vita-Salute San Raffaele Universitetinin prorektoru Massimo Klementi koronavirusun yeni dalğasının ikinci dalğasının olmayacağını deyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onun sözlərinə görə, may ayından başlayaraq virusun gücü zəifləyib. Artıq COVID-19-dan ağırlaşma halları azalıb, əksər insanlar virusla ev şəraitində sağalırlar.
“Virusun təsir gücü get-gedə zəifləyir. Ona görə də yazda yaranmış situasiya təkrarlanmayacaq”-deyə Klementi deyib.
Professorun fikrincə, tezliklə koronavirus adi respirator xəstəliyə çevriləcək.