“Tesla” səhmlərinin qiymətindəki artımla ən dəyərli avtomobil istehsalçısı olmaq yolunda irəliləyir.
NUHÇIXAN İnformasiya Agentliyinə xəbər verir ki, şirkət səhmlərinin qiymətinin artması ilə “Toyota”nın ən dəyərli avtomobil istehsalçısı adını əlindən ala bilər. Hazırda bazar dəyəri 190 milyard dollar olan “Tesla” 210 milyard dollarlıq “Toyota”ya çatmaq üzrədir.
Şirkət ilin ilk rübündə 103 min nəqliyyat vasitəsi istehsal edib.
Qeyd edək ki, “Tesla” keçən ilin yanvarında bazar dəyərinə görə “Volkswagen”i ötüb və dünyanın ikinci ən dəyərli avtomobil istehsalçısı olub.