Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində növbəti “dedovşina” faktı üzə çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, 6-cı dağ atıcı alayın hərbi qulluqçusu Vazgen Manukyan xidmət yoldaşları tərəfindən döyülüb. Tibb məntəqəsində ilkin yadım göstərildikdən sonra V.Manukyan xidmət yerinə qaytarılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilmədən hadisə ört-basdır edilib.