Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissəsinin 3-cü taborunun 5-ci bölüyündə qulluq edən zabit dələduzluğa görə həbs edilib.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, Harut Ağayan əsgərlərin valideynlərindən müxtəlif bəhanələrlə külli miqdarda rüşvət alıb. Bu rüşvətin müqabilində onların övladları üçün heç nə etməyən zabit barədə əsgərlərin valideynləri hərbi prokurorluğa şikayət ediblər. Daxil olan məktublar əsasında H.Ağayan istintaqa cəlb olunub.
Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.