ABŞ-ın “Microsoft” korporasiyası polis tərəfindən bu sistemin istifadəsini tənzimləyən qanunvericilik hazırlanmayana kimi ABŞ-ın hüquq-mühafizə orqanlarına özünün üz tanıma texnologiyasını satmayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi “The Washington Post”a istinadla xəbər verir ki, bu barədə şirkətin prezidenti Bred Smit deyib.
“Biz bu texnologiyadan istifadəni tənzimləyəcək insan hüquqlarına əsaslanan milli qanun qəbul edilməyənə qədər üz tanıma sistemini ABŞ polisinə satmayacağıq”, – deyə B.Smit bəyan edib.
Bundan əvvəl ABŞ-ın “IBM” və “Amazon” korporasiyaları da üz tanıma texnologiyalarını hüquq-mühafizə orqanlarına satmaqdan imtina ediblər.