Avropanın Ətraf Mühit üzrə Agentliyi ən təmiz və ən çirkli su hövzələrinin siyahısını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi bu quruma istinadən xəbər verir ki, məruzəyə əsasən ən təmiz dəniz Kiprdədir. Ümumiyyətlə 2019-cu ildə 22 min 295 çimərlik üçün yararlı su hövzələri araşdırılıb. Kiprdən götürülən su nümunələri yüksək qiymətləndirilib. Eyni zamanda, Kiprdən əlavə birinci beşliyə təmizlik dərəcələrinə görə Avstriya, Malta, Yunanıstan və Xorvatiyanın su hövzələri də daxil edilib.
Ən pis nəticələr isə Polşa, Albaniya, Estoniya, Bolqarıstan və Böyük Britaniyanın su hövzələrinə məxsusdur. Burada sular çimərlik üçün ən az yararlıdır.
Qeyd edək ki, araşdırmada dəniz suyu ilə yanaşı, göl və çay suları da təhlil edilib.