Ermənistan ordusunun əsgəri fərarilik edib

A- A A+

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun qumbaraatan batareyasında xidmət edən əsgər Samson Harutunyan xidmət yerindən qaçıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, batareyanın əsgəri müalicə üçün hərbi hospitala göndərilməsinə baxmayaraq, tibb məntəqəsinə gedərkən yolda qaçıb.

Fərarilik edən əsgərin tapılması və geri qaytarılması üçün hərbi polis tərəfindən tədbirlər görülür. Faktla bağlı qaldırılan cinayət işi üzrə araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: