Son 24 saat ərzində Ermənistanda daha 425 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 17 min 489 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.
Son sutka ərzində daha 8 nəfər koronavirusdan dünyasını dəyişib və bununla da bu virusdan ölənlərin sayı 293 nəfərə çatıb. Hazırda Ermənistanda 10 min 529 aktiv koronavirus xəstəsi var.