Bu gün Çexiya Xarici İşlər Nazirliyinin başçısı Tomaş Petrşiçek avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşmək üçün Vyanaya yola düşəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu görüş sərt karantin rejimi tətbiq edildikdən sonra nazirin ilk xarici səfəri kimi maraq doğurur. Bununla yanaşı, pandemiya və onunla mübarizə bu günə nəzərdə tutulan görüşün gündəliyində əsas mövzu olacaq. Bundan başqa, tərəflər sərhəd məsələlərini, həmçinin indiki böhran başa çatdıqdan sonra əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.