Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək üçün 12 ölkədən hərbçilər gedib

A- A A+

Keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan, eləcə də Serbiya, Monqolustan və Çin hərbçiləri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə təşkil olunacaq paradda iştirak etmək üçün Moskvaya gedib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov məlumat verib. O bildirib ki, 12 ölkədən gəlmiş hərbçilər Moskva ətrafındakı “Alabino” poliqonunda parada hazırlıq keçiblər.

Qələbə paradı iyunun 24-də Moskva vaxtı ilə saat 10:00-da başlayacaq. Bütövlükdə Rusiyanın müxtəlif şəhərlərində keçiriləcək hərbi paradda 64 mindən çox hərbçi, 2,4 min hərbi texnika, 20 sualtı, suüstü və hərbi gəminin iştirak edəcəyi gözlənilir. Təyyarələr və helikopterlər Moskvanın Qızıl meydanı üzərindən uçmaq üçün 8 aerodromdan havaya qalxacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: