Ermənistan ordusunun artilleriya divizionunda xidmət edən hərbçilər koronavirusa yoluxub

A- A A+

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyanın D-20 artilleriya divizionunda xidmət edən hərbçilər koronavirusa yoluxublar.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, bununla əlaqədar bütün şəxsi heyət koronavirus testindən keçirilib. Hələlik 8 hərbçinin testi müsbət çıxıb. Onlar karantinə alınsalar da, vəziyyətləri tibb işçiləri tərəfindən orta ağır qiymətləndirilir.

Qidaların keyfiyyətsizliyi, əsgərlərin immunitetinin zəif və tibbi təminatın yarıtmaz olması səbəbindən virusa yoluxan hərbçilərin vəziyyətinin orta ağır olaraq qalacağı və müalicələrinin uzun müddət davam ediləcəyi bildirilir. Yoluxanlar arasında zabit və müqaviləli hərbçilər də var.

Həkimlərin qənaətinə görə, şəxsi heyəti yoluxduran isə yanğından mühafizə manqasının hərbçisi sıravi Andranik Simonyandır. Hərbi qulluqçu A.Simonyanın bu yaxınlarda yaxın qohumunun ad günü münasibətilə keçirilən qonaqlıqda iştirak etdiyi və özünün də məhz orada yoluxduğu ehtimal olunur. A.Simonyanın daha kimlərlə təmasda olduğu öyrənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: