Çin orbitə eyni raketlə 3 peyk çıxarıb

A- A A+

Çin iyunun 17-də Ciüçüən kosmodromundan “Long March-2D” raketdaşıyıcısı ilə orbitə 3 peyk çıxarıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yerin məsafədən yüksək görüntü ilə optik zondlanmasını həyata keçirəcək “Gaofen-9 03" peyki artıq orbitdə planlaşdırılan nöqtəyə çatıb. Peyk torpaq tədqiqatı, şəhər planlanlaşdırılması, yol şəbəkəsinin dizaynı, bitkilərin məhsuldarlığının qiymətləndirilməsi, təbii fəlakətlər barədə erkən xəbərdarlıq, habelə “Bir kəmər, bir yol” təşəbbüsünün icrası üçün informasiya təminatı üçün istifadə olunacaq.

Cıcian Universitetinin hazırladığı digər peyk kiçik və nano peyk texnologiyalarının test edilməsi üçündür. "HEAD Aerospace Technology" şirkətinin ərsəyə gətirdiyi sonuncu peyk isə gəmi və təyyarələrin hərəkət statusu üçün məlumatların toplanması və “Əşyalar interneti” üçün istifadə olunacaq.

Qeyd edək ki, bu, "Long March" seriyasından olan raketlərin 335-ci buraxılışı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: