“iPhone 11” dünyanın ən populyar smartfonudur

A- A A+

2020-ci ilin ilk üç ayının nəticələrinə əsasən, “iPhone 11” həm ümumi satış göstəriciləri, həm də premial qurğular seqmenti üzrə dünyanın ən populyar smartfonudur.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat “CounterPoint” nəşrinin tədqiqatında yer alıb. Tədqiqatın nəticələrinə əsasən, bütün dünyada satışların 30 faizi “iPhone 11” smartfonunun payına düşür. Reytinqdə ikinci yerdə “iPhone 11 Pro Max” (9 faiz), üçüncü yerdə isə “iPhone 11 Pro” (7 faiz) smartfonları qərarlaşıb.

İlk beşliyə, həmçinin “iPhone XR” və “Huawei Mate 30 Pro 5G” smartfonları daxildir.

Satılan “Apple” smartfonlarının ümumi həcmi 57 faizə bərabərdir. Nəşrin məlumatına görə, “Apple” və “Samsung” smartfonları “Huawei” qurğularının daha populyar olduğu Çindən başqa bütün regionlarda liderlik edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: