“Microsoft” korporasiyası “Windows 10” sistemində sənədlərin çap edilməsi ilə bağlı problemi aradan qaldırıb

A- A A+

“Microsoft” şirkəti “Windows 10” əməliyyat sistemi üçün sənədlərin çap edilməsi ilə bağlı problemi aradan qaldıran yeniləmə təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi digger.ru saytına istinadən xəbər verir ki, dünyada ən böyük proqram təminatı istehsalçısı “Windows 10” sisteminin müxtəlif versiyaları üçün problemi aradan qaldıran bir neçə ayrı yeniləmə çıxarıb. Bu o deməkdir ki, “Windows 10” sisteminin bəzi quraşdırmalarının istifadəçiləri hələ də sənədlərin çap edilməsi zamanı müxtəlif səhvlərlə üzləşirlər.

Hazırda yeniləmə “1903”, “1909”, “1809” və “1803” nömrəli quraşdırmalar üçün əlçatandır. “Microsoft”un rəsmisi bildirib ki, yeniləmələr müəyyən printerlərdə çapetmə prosesinə mane ola bilən problemləri aradan qaldırır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: