BMW avtomobil konserni 6 mindən çox əməkdaşını ixtisar etmək niyyətindədir

A- A A+

BMW avtomobil konserni koronavirusla bağlı böhran səbəbindən 6 mindən çox əməkdaşını ixtisar etməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi “Handelsblatt” nəşrinə istinadla xəbər verir ki, artıq ixtisar üçün 6 min ştat müəyyən olunub. Konsern bundan başqa müvəqqəti müqavilə ilə çalışan işçilərin xidmətindən də imtina edəcək. Beləliklə, işdən çıxarılanların ümumi sayı 10 min nəfərə yaxın olacaq. İxtisarlar könüllülük əsasında həyata keçiriləcək və əsasən yaşlı insanlara təsir edəcək.

Nəşrin məlumatına əsasən, BMW digər avtomobil konsernlərinin yolu ilə gedir. Belə ki, “Daimler” 15 min, “Audi” isə 9,5 min əməkdaşını ixtisar etməyə hazırlaşır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında Avropa İttifaqında minik avtomobillərinə tələbat 41,5 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, bu dövr ərzində avtomobil satışlarının həcmi İspaniyada 54,2 faiz, İtaliyada 50,4 faiz, Fransada 48,5 faiz, Almaniyada isə 35 faiz aşağı düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: