Azərbaycanda "WhatsApp"ın işində problem yaranıb

A- A A+

Dünyanın müxtəlif ölkələrində və Azərbaycanda "WhatsApp" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, istifadəçilərin əksəriyyəti sonuncu dəfə görünmə vaxtını görə bilmir, proqramda mesajların çatdırılmasında da problemlər yaranıb. Azərbaycanla yanaşı İtaliya, Almaniya, Meksika, Rusiya, İngiltərə və Hollandiyada da "WhatsApp" istifadəçiləri bu problemlərlə üzləşiblər.

Baş vermiş problemlərlə bağlı şirkət rəsmi olaraq heç bir açıqlama bildirməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: