Ermənistanda koronavirusa yoluxanların sayı 20 minə, pandemiya qurbanlarının sayı 350-yə çatıb

A- A A+

Son sutka ərzində Ermənistanda daha 560 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 20 min 268 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı isə 350-yə yüksəlib.

Hazırda Ermənistanda 10 min 802 aktiv koronavirus xəstəsi var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: