Koronavirus böhranının təsirləri illərlə davam edə bilər

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus böhranının təsirlərinin onilliklər boyu davam edəcəyindən narahatdır. Hazırda isə pandemiyanın yayılmasının sürətlənməsi narahatlığı daha da gücləndirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri ÜST-nin baş direktoru Tedros Qerbeyesus iyunun 22-də keçirilən onlayn konfransda bildirib. O deyib ki, ən böyük təhlükə virusun özü deyil, daha çox qlobal həmrəylik və qlobal liderliyin yetərincə olmamasıdır. Çünki virusa qarşı hamının təhlükəsizliyi təmin olunmayınca, heç kim təhlükəsiz vəziyyətdə olmayacaq. Pandemiya səhiyyə böhranı məcrasından çoxdan çıxıb və dünyanın əksər ölkələrində iqtisadi və sosial, hətta bəzi ölkələrdə siyasi böhrana çevrilib. Bu böhranın təsirləri qarşıdakı onilliklərdə də hiss ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: