Ermənistanda COVID-19-a yoluxanların və pandemiyadan ölənlərin sayı kəskin artıb

A- A A+

Ermənistanda COVID-19 virusuna yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir.

Son 24 saat ərzində ölkədə daha 418 nəfər koronavirusa yoluxub və 12 nəfər pandemiyanın qurbanı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı daha da artaraq 21 min 6 nəfərə, pandemiyadan ölənlərin sayı isə 372 nəfərə yüksəlib.

Hazırda Ermənistanda 10 min 144 nəfər aktiv koronovirus xəstəsinin olduğu qeyd edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: