Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma riskini azaltmaq üçün qoruyucu maskadan istifadə etmək hər kəsin vətəndaşlıq borcudur. Bu tələbə əməl etmək mövcud vəziyyətdə mədəniyyət göstəricisidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Nazir mülahizələrlə əsaslandırıb ki, hazırda ölkə üzrə gündəlik yoluxma sayında artım müşahidə olsa da bu ikinci dalğa deyil. İyunun 27-də və 28-də ölkə üzrə ali məktəblərə qəbul imtahanlarının keçiriləcəyini xatırladan nazir diqqətə çatdırıb ki, imtahan yerlərinin qarşısında kütləvi şəkildə toplanmaq infeksiyanın yayılması üçün böyük təhlükədir. Ona görə də, sosial məsafə gözlənilməli, qoruyucu maskadan istifadə edilməlidir.
Qərara əsasən ali məktəblərə qəbul imtahanı keçirilən günlər yerli vaxtla saat 09.30-dan 15.00-dək, ertəsi gün isə saat 09.30-dan 18.30-dək evdən çıxmağa məhdudiyyət elan olunub.