Türkiyənin Van vilayətinin Özalp rayonunda iyunun 25-də yerli vaxtla saat 13:03-də qeydə alın Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ bəzi dağıntılara səbəb olub. Ən son məlumata görə, ətraf vilayətlərdə də hiss olunan yeraltı təkan nəticəsində 5 ev tamamilə dağılıb, 7 evdə zədələr aşkarlanıb. Beş nəfərin yaralandığı bildirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təbi fəlakət bölgəsinə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 18 nəfərlik heyəti ezam olunub. Fəsadların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlər aparılır.