"Hyundai Motor" şirkəti Rusiyada 48 minə yaxın avtomobili geri çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu qərar əyləc zamanı təkərlərin antiblok sistemində mümkün qısaqapanma ilə əlaqədar verilib.
Geri çağırılma 2005-ci ilin avqustundan 2011-ci ilin mayınadək satılmış "Elantra" modellərinə şamil olunub.
Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.