Ermənistanda hökumət koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində elan etdiyi fövqəladə vəziyyət rejiminin müddətini yenidən uzatmaq istəyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır.
Bildirilir ki, Ermənistan hökumətinin üçüncü dəfə elan etdiyi fövqəladə vəziyyət rejiminin müddəti iyulun 14-də başa çatır.
Amma Ermənistan hökuməti fövqəladə vəziyyət rejimini dekabrın sonunadək uzatmaq niyyətindədir. Bununla əlaqədar hökumətdə müzakirələr gedir və yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 14-də fövqəladə vəziyyət elan edilib. Artıq 3 dəfə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.