“Tesla” şirkəti səhmlərinin qiymətindəki artımla dünyanın ən dəyərli avtomobil istehsalçısı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şirkət səhmlərinin qiymətinin artması ilə “Tesla” “Toyota”nın ən dəyərli avtomobil istehsalçısı adını əlindən alıb. Cari ildə ABŞ şirkətinin səhmlərinin qiyməti 3,5 faiz artmaqla şirkətin dəyəri 207,2 milyard dollara çatıb. “Toyota”nın isə hazırda bazar dəyəri 201,9 milyard dollardır.
“Tesla” bu ilin ilk rübündə 103 min nəqliyyat vasitəsi istehsal edib.