Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən bölmələrindən birində yemək üstündə dava düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, 5-ci dağ atıcı alayının əsgəri Arman Hovanesyan tərxis olunmağa hazırlaşan əsgərlər tərəfindən nizamnamədən kənar münasibət zəminində döyülüb. Alınan izahatlardan məlum olub ki, tərxis edilməyə hazırlaşan əsgərlər yeməkxanada A.Hovanesyanın xörək yeməsinə mane olduqları üçün tərəflər arasında dava düşüb. Nəticədə bir neçə əsgər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alan gənc əsgər hərbi hospitala göndərilib.
Faktla bağlı açılan cinayət işi üzrə hərbi polisin apardığı araşdırma davam edir.