Azərbaycanın işğal edilmiş Əsgəran rayonu ərazisində iki erməni hərbçisi minaya düşüb

A- A A+

Azərbaycanın işğal edilmiş Əsgəran rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 7-ci dağ atıcı alayının bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu minaya düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, 2018-ci ilin ikinci yarısında hərbi xidmətə çağırılan əsgər Xoren Şağqulyan və Levon Hayriyan 136-cı postu tərk edərək 132-ci postda xidmət edən və tərxis olunmağa hazırlaşan əsgərlərlə sağollaşmağa gediblər. Həmin posta tez çatmaq üçün qısa yolla getmək qərarına gələn hərbi qulluqçular posta çatmağa 10-15 metr qalmış minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış nəticəsində sol ayağından yaralanaraq hərbi hospitala göndərilən X. Şağqulyanın ayağı amputasiya olunub. Digər hərbi qulluqçu L. Hayriyan isə üz nahiyəsindən çoxlu qəlpə yarası alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: