Türkiyənin Antaliya şəhərində Türkiyə-Ukrayna Ortaq Strateji Planlama Qrupunun VIII toplantısı keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında ikitərəfli görüşdən sonra nazirlərin rəhbərliyi ilə iki ölkə heyətləri arasında müzakirələr aparılıb.
Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Məlumat verilib ki, toplantıda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə, ticarət, sərmayə, təhlükəsizlik, müdafiə sənayesi və s. sahələrdə əməkdaşlığa dair səmərəli müzakirələr aparılıb.