Sosial media istifadəçiləri arasında son dövrlərdə virus kimi yayılan "TikTok” tətbiqi böyük təhlükələr saçır.
Bu platforma daha əvvəl sildiyiniz tətbiqlərdən icazə vermədiyiniz halda belə məkan bilginizi öyrənməkdən, panelə köçürülən hər növ bilgiyə, tətbiqi istifadə etmədikdə belə kamera və mikrafona çıxışa icazə verir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Reddit” sosial media platformasında paylaşılan məlumatına görə, "TikTok”a tətbiq edilən əksinə mühəndislik əməliyyatı ilə tətbiqin istifadəçilərinən aid şəxsi bilgilər görünür. Bu əməliyyatla "TikTok” istifadəçilərin telefonlarının texniki bilgiləri ilə yanaşı, "Wi-Fi”, məkan və bu kimi məlumatları toplayaraq qeydə alır.
Dünya miqyasında 800 milyondan çox istifadəçisi olan "TikTok” bu bilgiləri toplayır:
- Cihazın bütün avadanlığı haqqında bilgilər (sistemi, ekran ölçüsü, yaddaş istifadə faizi, RAM potensialı…),
- İstifadəçilərin aktiv istifadə etdiyi bütün tətbiqlər, keçmişdə yükləyib sildikləri proqramların qeydləri,
- Tətbiqin istifadə edildiyi cihazın bağlandığı internet şəbəkəsinə dair İP ünvanları və "Wi-Fi” bilgiləri,
- "TikTok”un bəzi versiyalarında müşahidə edilən istifadəçinin məkan bilgisinə icazə verilməsə belə, 30 saniyəlik fasilə ilə GPS pinki göndərərək məkan bilgilərini izləmə,
- İstifadəçinin qalereyasındakı bütün foto/video kimi media bilgiləri, onların fərqli cihazlarda görüntülənməsi üçün kodyaratma icazəsi,
- Tətbiq açıq olmayanda belə istifadəçinin kamera və mikrofonlarına əlçatanlıq,
- "Android” sistemində "Zip” dosyesi yükləmək, açmaq və işlətmək səlahiyyəti,
- "iOS” sistemində paneldəki bütün qeydlərin oxunması.