Türkiyənin Tokat şəhərində Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan İstismara cəlb olunan Su Elektrik Stansiyalarının açılış mərasimi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatla açılış mərasiminə qatılıb.
Enerji və Təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib ki, 2002-ci ildə Türkiyənin elektrik enerji istehsalı 31 min kilovat/saat olub. Hazırda bu sahədə enerji istehsalı təxminən üç dəfə artaraq 91 min kilovat/saat gücünə çatıb.
Çıxışında Türkiyənin 2023-cü il hədəflərinə geniş yer verən Prezident Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatının yüksəlişinə təkan verən layihələrdən bəhs edib. Dövlət başçısı vurğulayıb ki, iqtisadiyyatın, o cümlədən istehsalın, həmçinin mədənçiliyin inkişafında elektrik enerjisinin rolu əvəzsizdir. Qeyd olunub ki, təkcə mütəşəkkil sənaye bölgələrində son 6 ayda özəl sektorda 10 milyard lirəlik sərmayə ilə 583 yeni fabrik fəaliyyətə başlayıb. Dövlət başçısı həmçinin gündəlikdə olan digər məsələlərdən də danışıb.