"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ABŞ, Braziliya, Argentina, Britaniya və Avstraliyadan istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər ediblər.
Qeyd olunur ki, istifadəçilərin 92 faizi xəbər lentinin açılmasında, 3 faizi səhifələrinə daxil olmaqda, 3 faizi isə şəbəkəyə qoşulma funksiyasının işində çətinlik çəkdiklərini bildiriblər.
Bununla bağlı "Instagram" rəsmi açıqlama verməyib.