Ermənistanda maskaya görə polis-vətəndaş toqquşması olub - VİDEO
Ermənistanın Stepanavan rayonunda koronavirusa görə maska taxmayan sakinlərlə polis arasında toqquşma baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi Suren Sarkisyan paylaşım edib.
“Stepanavanda maskaya görə adamları sadəcə olaraq öldürürlər”,- o yazıb.
S.Sarkisyanın paylaşdığı videoda yaşlı adamları saxlayır, maska taxmadıqları üçün polis bölməsinə aparmaq istəyirlər. Bu zaman qadınlar onların müdafiəsinə qalxır. Nəticədə polislərlə vətəndaşlar arasında toqquşma baş verir. Polis əməkdaşları yaşlı bir kişiyə güc tətbiq edir və o, yerə sərilir.