Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin bütün şəxsi heyəti dəri-zöhrəvi xəstəliyə yoluxub.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, bölükdəki əsgərlərin ayaqlarında “göbələk” xəstəliyi aşkar edilib. Faktla bağlı komandanlığa məruzə edən Arman Hakopyanın sözlərinə görə, baxımsızlıq, natəmizlik səbəbindən xəstəlik bütün şəxsi heyət arasında yayılıb. O bildirib ki, hərbi hissədə hamam yox dərəcəsindədir, tibb məntəqəsində dərman çatışmır. Şəxsi heyət tam tərkibdə digərlərindən təcrid edilib. Pandemiya dövründə üstəlik “göbələk” xəstəliyinin də tüğyan etdiyi bölüyün komandiri “vaxtında tədbir görmədiyinə” görə cəzalandırılıb.
Koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimindən ustalıqla yararlanan hərbi hissə komandanlığı faktı ictimaiyyətdən gizlətməyə çalışır.