"Google" şirkəti "Android" əməliyyat sistemi üçün iki yenilənmə buraxıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 2020-07-01 və 2020-07-05 adı verilən yenilənmələr təhlükəsizlik sistemində bəzi qüsurları aradan qaldırmağa yönəlib.
Mütəxəssislərin fikrincə, bu qüsurlar müxtəlif istiqamətlərdə ola bilər. Ən başlıcası isə, "Android" istifadəçilərinin şəxsi məlumatlarının kibercinayətkarların əlinə keçməsi ehtimalıdır.
Qeyd olunur ki, yenilənmələr ümumilikdə 25-ə yaxın qüsuru aradan qaldıracaq.