Koronavirusa qarşı yeni dərmanlar tapılıb

A- A A+

Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindən olan həmkarları "SARS-CoV-2"yə qarşı bir neçə potensial dərman tapıblar.

NUHÇIXAN İnformasiya Agentliyi "Lenta.ru"ya istinadən xəbər verir ki, aşkarlanmış birləşmələr insanın hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, "FDA" tərəfindən təsdiqlənmiş hepatit C virusuna qarşı tətbiq edilən "boceprevir" dərmanı və viruslara qarşı istifadə olunan "GC-376" dərmanı virusun yayılmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan "Mpro" proteazını hədəf alır. Mütəxəssislər uzun müddətdir ki, "Mpro"nu "SARS" və "MERS"ə səbəb olan "SARS-CoV-2"yə genetik cəhətdən oxşar viruslara qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edirlər.

"GC-376" yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklərin müalicəsi üçün potensial dərmandır.

Koronavirusa qarşı dərmanlar arasında həmçinin "calpain II" və "calpain XII" inhibitorları da yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: