İtaliyanın “European Affairs” onlayn jurnalında italyan jurnalist Culiano Bifolkinin “Paşinyanın rəhbərlik etdiyi Ermənistan daxili siyasi böhran, COVID-19 təhdidi və milli iqtisadiyyatın gələcəyinə şübhələr arasında” adlı məqaləsi Monteneqro portalında da dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Monteneqronun nüfuzlu “Volim Porgoritcu” portalında dərc olunan məqalədə hazırda Ermənistanda mövcud olan dərin siyasi böhranın hökm sürdüyü, bu ölkədə COVID-19 pandemiyası səbəbindən ağır fövqəladə vəziyyətin hökm sürdüyü və bu göstəriciyə görə də Qafqazda ən acınacaqlı vəziyyətin məhz Ermənistanda olması, eləcə də ölkə iqtisadiyyatının hələ də həddən ziyadə Rusiyanın yardımlarından və diaspora ianələrindən asılı olduğu bildirilir.