Qonşu ölkələrlə müqayisədə Fransanın iqtisadi cəlbediciliyinə “5G”nin yerləşdirilməsi məsələsində bəzi yeni ekologiya tərəfdarları olan merlər bu texnologiyaya moratotium tətbiq edilməsinə çağırışlar edirlər. Bu merlər sonuncu nəsil mobil telefonun xüsusilə sağlamlığa və ətraf mühitə təsirinə dair potensial təhlükələr olmasını bildirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə mobil telefon operatoru “Free”nin baş direktoru yerli mətbuata bildirib. O, “5G” texnologiyasının sağlamlığa, eləcə də ətraf mühitə zərərli olmasına dair dəlilləri təkzib edib.
Deyib ki, “5G”nin sağlamlığa və ətraf mühitə heş bir mənfi təsiri yoxdur. Əksinə, “5G” texnologiyasının daha az enerji istehlak edir.
Vurğulayıb ki, “5G” daha sürətli mobil yükləmə və gecikmə hallarının əhəmiyyətli dərəcədə azalmasını vəd edir. Maraqlı operatorlara “5G” tezliyinin verilməsi ilə bağlı sentyabrın 20-dən 30-dək hərrac keçiriləcəyi diqqqətə çatdırılıb. Fransada “5G”yə moratorium ideyası hökumət tərəfindən dəfələrlə rədd edildiyi bildirilib.
Xatırladaq ki, COVID-19 pendemiyası başlayanda insanlar onun “5G “texnologiyasından yarandığını düşünərək Birləşmiş Krallıq, Niderland kimi bir neçə Avropa ölkəsində “5G” antenalarını yandırmışdılar.