Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ayasofyanın Diyanət İşləri İdarəsinə təhvil verilərək ibadətə açılması ilə bağlı qərarı “xeyirli olsun” mesajı ilə özünün tviter səhifəsində paylaşıb. Qərar “Rəsmi qəzet”də dərc olunub.
Prezident bu qərarı Türkiyənin Appelyasiya məhkəməsi tərəfindən Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Kabinetinin 1934-cü il 24 noyabr tarixli qərarı ləğv olunduqdan sonra imzalayıb.