Türkiyədə ən hündür körpünün açılışı olub

A- A A+

Türkiyədə yeni inşa olunan Beğendik körpüsünün açılış mərasimi keçirilib. Bu çərçivədə, eyni zamanda, Küçüksu-Hizan ayrımı-Pervari magistralı istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatla körpünün açılışına qatılıb.

Əvvəlcə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Botan çayı üstündə 165 metr hündürlükdə tikilən körpünün texniki göstəriciləri və əhəmiyyətindən danışıb.

Türkiyə Prezidenti bildirib ki, ölkədə son illər inşa olunan körpü və tunellər, eləcə də magistral yollar ölkə iqtisadiyyatının inkişafına, nəqliyyatın rahat hərəkətinə önəmli təsir göstərəcəkdir.

Qeyd edək ki, uzunluğu 450, eni 14 metr olan körpü Vanla Siirt-Pervari arasındakı 5 saatlıq qətetməni 2 saata endirir. Beğendik körpüsünün salınması 1974-cü ildən nəzərdə tutulsa da, ötən dövrdə bir sıra səbəblərdən bu mümkün olmayıb. Tikintiyə mane olan ən mühüm səbəb isə terror təşkilatlarının buna imkan verməməsi idi.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: