İngiltərənin Bakinqemşir bölgəsində qazıntılar zamanı 2500 il bundan əvvəl yaşamış insan skeleti tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yüksək sürətli qatar xəttinin hazırlıqları üçün aparılan qazıntılar zamanı tapılan skeletin dəmir dövründə yaşamış və yetkinlik yaşına çatmış bir kişiyə aid olduğu düşünülür.
Qazıntılar zamanı diametri 65 metr olan 4000-5000 il əvvələ aid məqbərə də tapılıb. Monumental məzarın yüksək statuslu insanlar üçün tikildiyi güman edilir.