İyulun 12-də Gürcüstanda 4,4 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 09:54-də qeydə alınıb.
Zəlzələnin episentri Kareli bələdiyyəsinin Muxileti kəndi yaxınlığında, ocağı 10 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.